Cümə, 17 May

"Dinc insanların güllələndikləri 7 yer müəyyən olunub" - Rusiya İrpendə qətliam törədib

image

Kiyev yaxınlığındakı İrpen şəhərində Rusiya qoşunlarının işğalı dövründə 269 dinc sakin öldürülüb.

Xəbər verilir ki, bu barədə məlumatı Ukrayna Baş İstintaq İdarəsinin nümayəndəsi Sergey Panteleyev verib. 

Onun sözlərinə görə polis şəhərdə istintaq hərəkətlərini yekunlaşdırıb və adamların güllələndikləri 7 yer müəyyən olunub. Panteleyev qeyd edib ki, müstəntiqlər Rusiya hərbçilərinin yerləşdirildikləri yaşayış məhəllərinə, fərdi evlərə və mağazalara baxış keçirib.

Panteleyevin sözlərinə görə bundan başqa Ukrayna polisi "Rich Town" yaşayış kompleksinin Rusiya ordusu tərəfindən atəşə tutulmasına dair materialları Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edib.

Xatırladaq ki, martın axırında Rusiya qüvvələri İrpendən çıxarılıb. Şəhər hakimiyyəti İrpendə binaların 70 faizinin dağıdıldığını xəbər verir. Bunların arasında xəstəxanalar və təhsil müəssisələri də var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58